"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 26

Bakı şəhəri, 3 fevral 2015-ci il

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə

  "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1103-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 857 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 
 

 

 

Azərbaycan Respublikası Nazirlər

 Kabinetinin 2015-ci il 3 fevral

tarixli 26 nömrəli qərarı ilə

təsdiq edilmişdir

  

__________ rayonu (şəhəri) __________ bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarının

 

PROTOKOLU № ______

 

             __________ rayonu (şəhəri, kəndi)                   "___" __________ 20_____ il

 

   Bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı ____ nəfər

   İştirak edənlərin sayı ____ nəfər _____(faizlə)

 

GÜNDƏLİK MƏSƏLƏ

 

__________ rayonu (şəhəri) __________ bələdiyyəsi tərəfindən "___" ______20_______ il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın müzakirəsi.

 

__________ bələdiyyəsi tərəfindən "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı təqdim etdilər:

 

1. Bələdiyyə sədri ________________________________________

(adı, soyadı, atasının adı)

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

 

2. Bələdiyyənin daimi komissiyalarının sədrlərinin məlumatları dinlənildi.

 

 

__________ bələdiyyəsi tərəfindən "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatın təsdiq edilməsi üçün səsvermə keçirilir.

 

Səsvermənin nəticəsi:

 

lehinə      - ____ nəfər;

əleyhinə - ____ nəfər;

bitərəf     - ____ nəfər.

 

             Səsvermənin nəticəsini nəzərə alaraq yığıncaq

 

QƏRARA ALIR:

 

1. __________ rayonu (şəhəri) __________ bələdiyyəsinin "___" ______20____ il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınar əmlak göstərilməklə) istifadəsi haqqında hesabatı qənaətbəxş (qeyri-qənaətbəxş) hesab edilsin.

   2. Yığıncaqda iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin "lehinə" səs verdikdə, yığıncağın protokolunun surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilsin.

 

İclasın sədri                        __________________________

(adı, soyadı, atasının adı)

 

İclasın katibi                   __________________________

(adı, soyadı, atasının adı)

 

19 Fevral 2015, 09:02

http://cabmin.gov.az/

9531—9540 / 10511

12 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Sentyabr 2014, 09:09

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

12 Sentyabr 2014, 09:09

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2014, 09:09

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə   ətraflı...

12 Sentyabr 2014, 09:09

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına   ətraflı...

11 Sentyabr 2014, 14:09

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Sentyabr 2014, 09:09

M.M.Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...