Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 23

Bakı şəhəri, 2 fevral 2015-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1078-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 noyabr tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 236; 2014, № 6, maddə 739) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nın 2.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Təşkilat tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

17 Fevral 2015, 09:02

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...