“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1. 6-cı bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.”;
1.2. 50-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 51-ci və 52-ci bəndlər əlavə edilsin:
“51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
52) iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir.”.
2. 4-cü maddənin birinci hissəsinin 6-cı bəndində “mühafizəsinə” sözü “qorunmasına” sözü ilə əvəz edilsin.
3. 10-cu maddə üzrə:
3.1. adında “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin;
3.2. I hissənin 1-ci bəndinin birinci cümləsinə “saxlanılmalı” sözündən sonra “, qorunmalı” sözü əlavə edilsin və həmin hissənin 4-cü bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilsin;
3.3. II hissəyə “saxlanılmamasına” sözündən sonra “, qorunmamasına” sözü əlavə edilsin;
3.4. V hissəyə “saxlanılmaması” sözündən sonra “, qorunmaması” sözü əlavə edilsin.
4. 11-ci maddənin III hissəsindən “(yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq)” sözləri çıxarılsın və V hissəsinin 8-ci bəndində “servis” sözü “xidmət” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.
5 Fevral 2015, 09:0222 Sentyabr 2014, 09:09
Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya ətraflı...
22 Sentyabr 2014, 09:09
Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya ətraflı...
19 Sentyabr 2014, 10:09
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında ətraflı...
17 Sentyabr 2014, 09:09
Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...