Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.

 

Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaratmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirə layiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 fevral 2015-ci il.

5 Fevral 2015, 09:02

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...