“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin 1-ci hissəsinin on ikinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.”.

2. 14-cü maddənin beşinci hissəsinin ikinci cümləsində “eyni” sözü “eyni və ya oxşar” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin üçüncü hissəsində:

3.1. 3-cü bənddə “maliyyələşdirildiyi müəyyənləşdirildikdə” sözləri “maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda” sözləri ilə əvəz edilsin;

3.2. 4-cü bənddə “üç dəfə” sözləri “iki dəfə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il.

4 Fevral 2015, 09:02

http://www.azertag.net

6671—6680 / 10511

12 İyul 2016, 09:07

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

12 İyul 2016, 09:07

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 İyul 2016, 09:07

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

12 İyul 2016, 09:07

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

12 İyul 2016, 09:07

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

11 İyul 2016, 09:07

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 İyul 2016, 09:07

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

11 İyul 2016, 09:07

Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

1 İyul 2016, 09:07

Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

1 İyul 2016, 09:07

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...