“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;”.
2. 2.0.9-cu maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;”.
3. 2.0.11-ci maddədə “ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış” sözləri “istefaya buraxılmış (keçirilmiş)” sözləri ilə əvəz edilsin.
4. 2.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.12-ci maddə əlavə edilsin:
“2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).”.
5. 7.1-ci maddədə “Hərbi vəzifəlilər” sözləri “Vətəndaşlar” sözü ilə əvəz edilsin.
6. 15.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.”.
7. 20.2-ci maddədə “hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilsin.
8. 23.0.2 və 43.1-ci maddələrdə “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.
9. 28.1.2-ci maddədə, 28.4-cü maddənin birinci və ikinci cümlələrində, 31.5, 34.2, 36.1.2-ci (birinci halda) maddələrdə, 36.2-ci maddənin “Qeyd” hissəsində, 37.1.3, 38.1.3 və 40.2-ci (hər iki halda) maddələrdə “xüsusi təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 28.6-cı maddə əlavə edilsin:
“28.6. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
11. 36.1.2-ci maddədə “19” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin və “hərbi qulluqçular” sözlərindən sonra “və hərbi vəzifəlilər” sözləri əlavə edilsin.
12. 41.0-cı maddə aşağıdakı redaksiyada verilsin:
“41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:”.
13. 41.0.8-ci maddədə “hüququndan məhrum etmə” sözlərindən sonra vergül işarəsi “və ya” sözləri ilə əvəz edilsin və həmin maddədən “və ya ömürlük azadlıqdan məhrumetmə” və “(bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri çıxarılsın.
14. 42.0.2-ci maddədə “hərbi uçotdan çıxarılmaqla həqiqi” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.
15. 46.1.8-ci maddədə “hərbi uçotdan çıxarılaraq” sözləri çıxarılsın və “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.
16. 48-ci maddədə “hərbi vəzifəlilər” sözlərindən sonra “hərbi qeydiyyatdan və” sözləri əlavə edilsin.
17. 50.3-cü maddədə “Xüsusi” sözü “Hərbi qulluqçu hazırlayan xüsusi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il.
4 Fevral 2015, 09:0218 Avqust 2020, 12:08
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Avqust 2020, 18:08
Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 18:08
E.H.Həsənovun iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 18:08
D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
F.M.Quliyevin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
F.M.Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...