“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində və 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 10-cu maddəsinin altıncı hissəsində, 11-ci maddəsinin beşinci, altıncı və səkkizinci hissələrində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci və doqquzuncu hissələrində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin üçüncü hissəsində, 30-cu maddəsinin üçüncü hissəsində, 32-ci maddəsinin altıncı hissəsində və 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 11-ci maddəsinin üçüncü hissəsində, 12-ci maddəsinin beşinci, doqquzuncu və onuncu hissələrində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 18-ci maddəsinin üçüncü hissəsində, 19-cu maddəsinin beşinci, onuncu və on birinci hissələrində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci hissəsinin səkkizinci abzasında və 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;

2.7. həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, mühüm balıqçılıq su obyektlərinin siyahısını və sudan istifadənin məhdudlaşdırılması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 fevral 2015-ci il.

3 Fevral 2015, 09:02

http://www.azertag.net

6591—6600 / 10511

26 İyul 2016, 10:07

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair   ətraflı...

25 İyul 2016, 09:07

Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

25 İyul 2016, 09:07

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 İyul 2016, 09:07

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

22 İyul 2016, 09:07

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 İyul 2016, 09:07

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında   ətraflı...

21 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikasının Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...