Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 22

Bakı şəhəri, 29 yanvar 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1343) ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinin birinci cümləsində "proqram təminatı" sözləri "Ünvan Reyestri İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

4 Fevral 2014, 10:02

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...