“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 oktyabr tarixli 290 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3, I kitab, maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 21 noyabr tarixli 368 nömrəli Fərmanı) 2-ci hissəsinin beşinci abzasına “Vergilər Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2015-ci il.
29 Yanvar 2015, 09:014 İyul 2017, 09:07
Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
3 İyul 2017, 09:07
İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...