“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə uyğun olaraq, əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan dövlət orqanlarının və həmin orqanlarda müvafiq vəzifələrin (peşələrin) siyahısını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişinin formasını və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
3.1.1. 7-ci maddəsinin 2-1-ci hissəsində və 49-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.1.2. 49-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.1.3. 3-cü maddəsinin 5-1-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
3.1.4. 15-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
3.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun 3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin texniki infrastrukturunun yaradılması, habelə bu sistemin fəaliyyəti barədə işəgötürənlərin və işçilərin təlimatlandırılması üçün tədbirləri həyata keçirsin;
4.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişlərinin 2014-cü il 1 iyul tarixinədək əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün;
4.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə Azərbaycan Respublikası Vergilər Nazirliyinin real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxışını təmin etmək məqsədilə xüsusi ötürülmə zolağının yaradılması üçün zəruri texniki və təşkilati tədbirləri həyata keçirsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyəti üçün zəruri olan məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsini təmin etsinlər.
7. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əmək müqaviləsi bildirişi üzrə xidmətin “Elektron hökumət” portalı vasitəsi ilə həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
4 Fevral 2014, 09:0227 İyul 2015, 09:07
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 İyul 2015, 09:07
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Q.V.Komaneskunun Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında ətraflı...