Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 1

Bakı şəhəri, 7 yanvar 2015-ci il

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 1. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 Kollegiyanın sədri

 İbrahimov Nazim Hüseyn oğlu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Hacıyev Valeh Tofiq oğlu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Səmədov Abutalıb Qəmbər oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Qurbanov Nəriman Əhmədağa oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Əliyev Rizvan Bayramqulu oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri

Məmmədov İlham Hacı oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin II ərazi şöbəsinin müdiri

Nəcəfov Fizuli Tarverdi oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin III ərazi şöbəsinin müdiri

Vəliyev Cavanşir İnqlab oğlu  - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin IV ərazi şöbəsinin müdiri

Miraləm Elşad Mircavad oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

14 Yanvar 2015, 09:01

http://cabmin.gov.az/

1461—1470 / 10511

8 Aprel 2021, 20:04

Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2021, 19:04

Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Aprel 2021, 20:04

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Aprel 2021, 20:04

Z.R.Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Aprel 2021, 21:04

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

2 Aprel 2021, 21:04

Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Aprel 2021, 21:04

Ə.C.Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Aprel 2021, 20:04

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Mart 2021, 19:03

C.Ə.Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Mart 2021, 19:03

M.M.Pənahovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...