"Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 408

Bakı şəhəri, 30 dekabr 2014-cü il

"Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları"nın təsdiq edilməsi barədə

"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı ilə təsdiq edilmişdir

 "Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə

Q A Y D A L A R I

1.   Ümumi müddəalar

1.1. Bu Qaydalar "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və üç il müddətində mərhələlərlə yaradılması nəzərdə tutulmuş "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (bundan sonra- EKTİS) təşkili, fəaliyyəti və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərini tənzimləyir.

1.2. EKTİS-nin operatoru (bundan sonra - operator) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyidir.

1.3. EKTİS Azərbaycan Respublikasının kənd təsərrüfatı təyinatlı torpaq sahələri, fermer təsərrüfatları, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi ilə bağlı tədbirləri, operatorun müvafiq sahədə vəzifə və funksiyalarının icra prosedurları barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatlarının və təşkilati texniki elementlərin vahid kompleksidir.

1.4. EKTİS Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. EKTİS-nin iştirakçısı (bundan sonra - iştirakçı) sahibi olduğu informasiya sistemləri və ehtiyatları EKTİS-yə inteqrasiya edilmiş və sistem vasitəsilə məlumat mübadiləsi aparan dövlət qurumudur.

1.6. EKTİS-nin istifadəçisi (bundan sonra - istifadəçi) kənd təsərrüfatı məhsulları istehsalçısı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs, yaxud dövlət qurumudur.

1.7. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması "Elektron hökumət" portalı vasitəsilə həyata keçirilir.

2.   EKTİS-nin fəaliyyət prinsipləri

2.1. EKTİS-nin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. fəaliyyətin səmərəli təşkili və dayanıqlılığın təmin edilməsi;

2.1.2.      kənd təsərrüfatı sahəsində fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin məqsədyönlü, səmərəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları"na uyğun formada təşkili və göstərilməsi;

2.1.3. təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi;

2.1.4. şəffaflığın və hesabatlılığın təmin edilməsi;

2.1.5. müraciətlərin elektron formada qəbulunun, istifadəçiyə onun müraciətinin alındığı barədə bildirişin göndərilməsinin və cavablandırılmasının təmin edilməsi;

2.1.6. iştirakçıların informasiya sistemləri və ehtiyatları arasında "Elektron hökumət" portalı vasitəsilə məlumat mübadiləsinin və uzlaşmanın təmin edilməsi.

3.   EKTİS-nin strukturu, qeydiyyata alınan məlumatlar və onların məzmunu

3.1. EKTİS-nin strukturu aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. torpaq sahələrinin identifikasiyası altsistemi;

3.1.2. kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) qeydiyyatı altsistemi;

3.1.3. subsidiyalar altsistemi;

3.1.4. ərizələrin idarə olunması altsistemi;

3.1.5. təhlil və hesabat altsistemi.

3.2.  EKTİS kənd təsərrüfatı sahəsində yaradılan aşağıdakı informasiya sistemləri ilə inteqrasiya olunur:

3.2.1. heyvanların identifikasiyası və qeydiyyatı sistemi;

3.2.2. lizinq əməliyyatlarının avtomatlaşdırılması sistemi;

3.2.3. kənd təsərrüfatı texnikalarının qeydiyyatı sistemi;

3.2.4. kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi;

3.2.5. kənd təsərrüfatı bazarı məlumat sistemi.

3.3. EKTİS-də aşağıdakılar barədə məlumatlar əks etdirilir:

3.3.1. Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri, kənd təsərrüfatı yerləri (uqodiyalar) və torpaq istifadəçiliyi barədə məlumatlar, ortofoto planlar, ərazilərin peyk təsvirləri;

3.3.2.  kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına yardım alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə məlumatlar;

3.3.3. fermer təsərrüfatları, onların identifikasiya nömrələri;

3.3.4. kənd təsərrüfatı məhsulları istehsalçılarının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda tam adı, qanuni istifadəçilərinin soyadı, adı və atasının adı), ünvanı, fəaliyyət istiqamətləri, əlaqə vasitələri barədə məlumatlar;

3.3.5. istehsalçı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i);

3.3.6. kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyaların növləri, məbləği, ödəniş tarixləri;

3.3.7. müxtəlif növ kənd təsərrüfatı heyvanlarının identifikasiyası üçün istifadə edilən məlumat və göstəricilər;

3.3.8. kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, ehtiyat hissələrin, mineral gübrələrin, pestisidlərin, damazlıq mal-qaranın alınması, onların hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar;

3.3.9. kənd təsərrüfatı bitkilərinin və məhsullarının növləri, miqdarı;

3.3.10. subsidiyaların verilməsi ilə bağlı ərizələr;

3.3.11. kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlaklar (torpaq sahələri, tikili və qurğular);

3.3.12. nəqliyyat və mühəndis-texniki infrastruktur;

3.3.13. hidroqrafik şəbəkə (hidroloji struktur) və digər göstəricilər;

3.3.14. su ehtiyatları, meşə zolaqları və təsərrüfatdaxili yollar barədə məlumatlar.

3.4. EKTİS-də saxlanılan qrafiki məlumatlar ən azı 1:10000 miqyaslı xəritələrin dəqiqliyinə uyğun olmalıdır.

3.5. Operatorun fəaliyyət istiqamətləri üzrə məlumatların EKTİS-də işlənilməsi real vaxt rejimində aparılır.

3.6. EKTİS-yə qoşulma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"lə müəyyən olunmuş autentifikasiya vasitələrindən biri ilə həyata keçirilir.

4.   EKTİS-nin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası

4.1. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir. Bu mümkün olmadıqda, məlumatlar EKTİS-yə daxil edilməsi məqsədi ilə operatora elektrondaşıyıcılarda təqdim olunur.

4.2. Operatorla iştirakçılar arasında elektron qaydada mübadilə olunan məlumatların strukturu və tərkibi qarşılıqlı razılaşdırılır.

4.3. Aşağıdakılar barədə məlumatların EKTİS-yə təqdim olunması müvafiq iştirakçılar tərəfindən təmin edilir:

4.3.1. fiziki şəxslər (fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, ölüm tarixi) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

4.3.2. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin adı, VÖEN-i, hüquqi şəxsin ünvanı və qanuni təmsilçiləri - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

4.3.3. respublika və yerli əhəmiyyətli yollar - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi;

4.3.4. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları, torpaq sahələrinin identifikasiya nömrəsi, kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, ortofoto planlar, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar, qeyri-kənd təsərrüfatı torpaq sahələrinin müvafiq məlumatları - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi;

4.3.5. qanunla müəyyən edilmiş qaydada ünvanlar, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlaklar (torpaq sahələri, tikili və qurğular), həmin daşınmaz əmlaklar üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, qeydə alınmış torpaq sahələrinin ölçüləri - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

4.3.6. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti barədə məlumatlar- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

4.4. EKTİS müvafiq qanunvericilik əsasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər təşkilatların informasiya sistemləri və ehtiyatları ilə də inteqrasiya olunur.

5. Operatorun funksiyaları

5.1. Operatorun funksiyaları aşağıdakılardan ibarətdir:

5.1.1. EKTİS-nin fəaliyyətini təşkil etmək, onun dayanıqlı, təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsi üçün təşkilati və texniki tədbirlər görmək;

5.1.2. iştirakçılardan alınacaq və ya onlara təqdim ediləcək məlumatların siyahısını və strukturunu aidiyyəti təşkilatlarla birlikdə müəyyənləşdirmək;

5.1.3. iştirakçıların əməkdaşlarına həmin təşkilatların rəhbərlərinin rəsmi müraciəti əsasında məlumatlara giriş səlahiyyətlərinə uyğun istifadəçi hüquqları vermək;

5.1.4. iştirakçılara EKTİS-nin iş prinsipləri və funksional imkanları barədə məlumat vermək, metodiki köməklik göstərmək;

5.1.5. EKTİS-nin fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflər vermək və onların həyata keçirilməsi üzrə tədbirlər görmək;

5.1.6. EKTİS-də olan məlumatların mühafizəsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmək:

5.1.6.1. məlumatlara icazəsiz girişin qarşısını almaq;

5.1.6.2. məlumatlara giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq etmək;

5.1.6.3. proqram texniki vasitələrin fəaliyyətini poza biləcək təsirlərin qarşısını almaq;

5.1.6.4. icazəsiz giriş nəticəsində dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etmək;

5.1.6.5. məlumatların mühafizə səviyyəsinin təmin edilməsinə daimi nəzarəti həyata keçirmək;

5.1.6.6. məlumatlara giriş hüquqlarını həyata keçirmək.

6. İstifadəçilərin və iştirakçıların funksiyaları

6.1.  İştirakçılar sistemdən yalnız xidməti vəzifələrini həyata keçirmək, istifadəçilər isə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məqsədi ilə operatora müraciət etmək, müraciətlə bağlı məlumatları EKTİS-yə daxil etmək və ondan müvafiq məlumatlar almaq üçün istifadə edirlər.

6.2.  İştirakçılar və istifadəçilər onların adından EKTİS-də aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıyırlar.

6.3.  Eyni səlahiyyətlərə malik iştirakçılar və istifadəçilər EKTİS-də uyğun qruplarda birləşdirilə bilərlər.

6.4.  Operator tərəfindən iştirakçının və istifadəçinin EKTİS-nin məlumatlarına giriş hüquqları aşağıdakı hallarda məhdudlaşdırılır:

6.4.1. bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərə əməl edilmədikdə;

6.4.2. EKTİS-yə qeyri-qanuni daxil olmağa və ya müdaxiləyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirli bilindikdə;

6.4.3. bu Qaydalarla müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

6.5.  İştirakçının və ya onu təmsil edən vəzifəli şəxsin məlumatlarında dəyişiklik olduqda (iş yeri, əlaqə vasitələri barədə məlumatlar, vəzifə və funksiyası dəyişdikdə, əmək müqaviləsinə xitam verildikdə və s.), bu barədə onun işlədiyi təşkilat tərəfindən dərhal operatora məlumat verilir.

14 Yanvar 2015, 09:01

http://cabmin.gov.az/

211—220 / 10511

25 Yanvar 2023, 08:01

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Yanvar 2023, 10:01

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Yanvar 2023, 10:01

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 Yanvar 2023, 13:01

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 Yanvar 2023, 13:01

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Yanvar 2023, 13:01

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 Yanvar 2023, 13:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Yanvar 2023, 13:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

13 Yanvar 2023, 11:01

Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2023, 11:01

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...