"Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 406
Bakı şəhəri, 30 dekabr 2014-cü il
"Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarı nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 932) 1-ci hissəsində "500 (beş yüz)" sözləri "750 (yeddi yüz əlli)" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
14 Yanvar 2015, 09:0125 İyun 2014, 09:06
Bir qrup dəniz nəqliyyatı işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2014, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2014, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ətraflı...
23 İyun 2014, 09:06
Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
20 İyun 2014, 09:06
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında ətraflı...
20 İyun 2014, 09:06
“Dənizçi günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
20 İyun 2014, 09:06
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ətraflı...