Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2015-ci il.
14 Yanvar 2015, 09:0124 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...