2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli 4/25 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil edilmiş 4831328 seçicinin 1880390 nəfəri, yaxud seçicilərin ümumi sayının 38,92%-i səsvermədə iştirak edib və seçkilər baş tutub.

 

Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmaqla, qeydə alınmış 37077 bələdiyyə üzvlüyünə namizədə təşviqat dövründə bərabər şərait yaradılıb. Ölkə üzrə 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi üçün 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində səsvermə keçirilib.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində – Dağlıq Qarabağ regionunda (Xankəndi şəhəri, Şuşa, Xocalı, Əsgəran və Xocavənd rayonları), Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olub, Azərbaycan Respublikasının suveren hüquqlarının və işğal nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının digər hüquqları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının yaradılmasında iştirak hüququ və bu orqanlara seçmək və seçilmək hüququ kobud şəkildə pozulub.

Seçkilər zamanı aşkarlığın təmin olunması üçün qanunamüvafiq zəruri tədbirlərin görülməsi, mövcud seçki məntəqələrinin 20 faizində veb-kameraların tətbiqi və müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 50000-dən çox müşahidəçi, eləcə də respublikada fəaliyyət göstərən çoxsaylı KİV nümayəndələri seçkilərin gedişini birbaşa izləyib.

Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanılmasına başlanılıb, ölkə üzrə seçkilər keçirilmiş məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar operativ şəkildə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib və gecəyarısı saat 00:30-da daxil olmuş 70 faizdən artıq məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri elan edilib. Səsvermənin səhərisi, günün birinci yarısında artıq ölkə üzrə bütün məntəqələrin protokol məlumatları Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə daxil oldu və beləliklə də həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin ilkin nəticələri ilə tanış olması üçün imkan yaradıldı.

Yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılıb, dairə seçki komissiyalarının bütün bələdiyyələr üzrə protokolları qanunvericiliyə uyğun olaraq səsvermə günündən sonra iki gün müddətində Mərkəzi Seçki Komissiyasına daxil olub. Protokol və onlara əlavə edilmiş digər sənədlərdəki məlumatlar, habelə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər ətraflı araşdırılıb. Nəticədə bir qisim bələdiyyələrdə səsvermənin nəticələrinin dairə seçki komissiyası tərəfindən rəsmiləşdirilməsi ilə əlaqədar seçkilərin nəticələrinə təsir edən ciddi qanun pozuntularına və kobud səhvlərə yol verilməsi, bəzi hallarda müvafiq məntəqə seçki komissiyaları tərəfindən seçicilərin səsvermə hüquqlarının məhdudlaşdırılmasına yol verildiyi müəyyən edilib, 40 seçki məntəqəsində və bunun da nəticəsində daha 7 bələdiyyədə (1 bələdiyyə üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının 2/35 saylı 5 yanvar 2015-ci il tarixli qərarı ilə etibarsız hesab edilib) səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün ciddi əsaslar aşkar edilib.

Ümumilikdə müəyyən edilib ki, 8 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi şərti ilə 14963 nəfər bələdiyyə üzvü seçilib, nəticədə 1599 bələdiyyə tam tərkibdə formalaşıb.

54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər, 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin tələblərinin ciddi şəkildə pozulması halları müəyyən olunub.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü, 107.4-cü, 112.9-cu, 239-cu, 240-cı və 241-ci maddələrinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın.

2. 40 seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

3. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları nəzərə alınaraq, ümumilikdə 43 seçki məntəqəsində (Əlavə 1) səsvermənin nəticələri və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən 8 bələdiyyəyə (Əlavə 2) seçkilər etibarsız hesab edilmiş sayılsın.

4. Seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən 1599 bələdiyyənin tam tərkibdə formalaşması nəzərə alınsın.

5. Bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilsin.

6. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları, habelə müxtəlif səbəblərdən nəticələri etibarsız hesab edilmiş 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 15 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 12 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 37 saylı, 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı və 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 42 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

7. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilsin.

 

Sədr        Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

14 Yanvar 2015, 09:01

http://www.azertag.net

3771—3780 / 10511

24 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 may tarixli 866 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

“Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Aprel 2018, 08:04

S.M.Mehdiyevin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...