2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 150 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 107 saylı Qazax seçki dairəsindən Birinci Şıxlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədov Telman Nizaməddin oğlu 2015-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 81/217 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
107 saylı Qazax seçki dairəsindən Birinci Şıxlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd T.N.Məmmədov səsvermə günü 26 saylı seçki məntəqəsində ehtimal olunan qanun pozuntuları barədə 25 dekabr 2014-cü ildə Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, həmin müraciət Mərkəzi Seçki Komissiyasının 26 dekabr 2014-cü il tarixli 18/116 saylı qərarı ilə şikayət qismən təmin edilərək səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün 107 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Həmin dairə seçki komissiyası tərəfindən 28 dekabr 2014-cü ildə mübahisələndirilən seçki məntəqəsi üzrə səslərin təkrar hesablanması prosesi həyata keçirilmiş və 81/217 saylı qərar qəbul edilmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 107 saylı Qazax seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının protokolundakı səsvermənin nəticələri səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan nəticələrlə eynidir.
Bundan başqa səslərin təkrar hesablanması prosesini birbaşa müşahidə etmiş 26 saylı məntəqə seçki komissiyasının üzvləri F.S.Daşdəmirov, O.N.Allahverənov, M.M.Zamanov, B.K.Musayev, B.K.Hüseynov, Birinci Şıxlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin kifayət qədər səs toplamamış namizədlər S.N.Məmmədov, İ.T.Hümbətov, N.B.Həsənov, İ.V.Bayramov, müşahidəçilər T.K.Omarova, L.S.Omarova, C.M.Qurbanova tərəfindən verilmiş izahatlara və tərtib edilmiş aktlara əsasən səslərin təkrar hesablanması prosesi Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş və məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolu ilə səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının protokolu arasında uyğunsuzluq aşkar edilməmişdir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 107 saylı Qazax seçki dairəsindən Birinci Şıxlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədov Telman Nizaməddin oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 150 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 81/217 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:0124 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
Vahid Balami oğlu İlyasovun müvəqqəti olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...