2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 157 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Habil Famil oğlu və digərləri Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini və bununla bağlı şikayətin araşdırılmasına dair dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarının əsassız olduğunu iddia edərək həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı müraciətdə mübahisələndirilən seçki məntəqələri məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.
Ərizəçi H.F.Cəfərovun müraciətinin araşdırılması zamanı 79 saylı İmişli seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin, Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş namizədlərin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, hər bir seçici aktiv seçki hüququnu hər hansı təsir olmadan reallaşdırmış, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirilmişdir.
Belə ki, 79 saylı İmişli seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının üzvləri D.B.Abbasov, E.X.Hüseynov, T.M.Balakişiyev, S.K.Novruzov, F.B.Tarverdiyev, S.Z.Muradov, müşahidəçilər A.Ə.Məmmədov, İ.X.Şıxəliyev, R.Y.Məmmədov, V.B.Məsimov, S.Q.Həsənov, Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçkilərdə kifayət qədər səs toplamamış namizədlər S.Q.İmanov, L.F.Novruzova, E.F.Mikayılova və İ.S.İmanov izahatlarında bildirmişlər ki, seçkilər günü səsvermə prosesində hər hansı qanun pozuntusu müşahidə edilməmiş, səsvermənin gedişinə müdaxilə olunmamış, eyni zamanda, hər bir seçici şəxsən səs vermiş, səslərin hesablanması qanunauyğun aparılmış, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu seçki məntəqəsində tərtib edilmişdir.
Ərizəçi tərəfindən seçkilər günü səsvermədə iştirak etməyən seçicilərin əvəzinə səs verilməsi, məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərində arzu etdikləri qeydə alınmış namizədlərin adlarının qarşısına işarələr qoyulması iddiaları əldə olunan izahatlara və digər sənədlərə əsasən öz təsdiqini tapmamışdır.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında “Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Habil Famil oğlu və digərlərinin 10 yanvar 2015-ci il tarixli 157 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:0123 Aprel 2014, 09:04
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
23 Aprel 2014, 09:04
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
22 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında ətraflı...