2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 155 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Qaməd İsmayıl oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 44, 45 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair müraciətinə dairə seçki komissiyasında baxılmadığını iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Q.İ.Qədirovun müraciəti ilə əlaqədar olaraq 85 saylı Şamaxı seçki dairəsinin dairə seçki komissiyası 2014-cü il dekabrın 30-da 44, 45 və 46 saylı seçki məntəqələri üzrə səslərin təkrar hesablanmasını həyata keçirmiş, həmin məntəqə seçki komissiyalarının protokollarındakı səsvermənin nəticələri səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan nəticələrlə eyni olduğundan müraciət təmin edilməmiş, bu barədə qərarın surətu ərizəçiyə göndərilmişdir.
Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, müraciətdə mübahisələndirilən seçki məntəqələrində səsvermə günü qanun pozuntuları ilə bağlı iddia edilən hallar öz təsdiqini tapmamışdır.
Belə ki, həmin məntəqə seçki komissiyalarının üzvləri R.C.Ağayeva, A.E.Məmmədov, E.F.Aydəmirov, E.S.Zeynalov, T.Ə.Əzizov, V.M.Qədirov, V.D.İslamov, N.N.Nəsirov, İ.M.Mürsəlov, F.B.Nəsirov, qeydə alınmış, lakin kifayət qədər səs toplamamış namizədlər G.Ə.Mürsəliyeva, Y.Mirzəyeva, İ.Şıxəliyev, A.P.Xudaverdiyev, R.A.Bayramov, S.Ə.Bağırova, G.Novruzova, R.S.Bayramov, Z.Ə.İbrahimli, C.Ə.Bayramova, müşahidəçilər S.M.Heydərov, N.Osmanov, Z.M.Şükürov, R.A.Mahmudov və H.S.Şeydayev izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində qanun pozuntusu hallarını müşahidə etməmişlər, eyni zamanda, səslərin hesablanması müvafiq şəxslərin iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində85 saylı Şamaxı seçki dairəsindən Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Qaməd İsmayıl oğlunun 10 yanvar 2015-ci il tarixli 155 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:0110 Avqust 2016, 09:08
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
10 Avqust 2016, 09:08
F.A.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
10 Avqust 2016, 09:08
B.H.Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
8 Avqust 2016, 09:08
Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında ətraflı...
8 Avqust 2016, 09:08
F.X.Kazımovun “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında ətraflı...
5 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası haqqında ətraflı...
5 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair ətraflı...
5 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə ətraflı...
5 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
5 Avqust 2016, 09:08
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında ətraflı...