2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 156 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 77 saylı Astara seçki dairəsindən Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kazımov Ədalət Muxtar oğlu 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılsa da, o, belə dəlillərə malik olmadığını bildirmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Ə.M.Kazımovun 77 saylı Astara seçki dairəsi üzrə Astara bələdiyyəsini əhatə edən seçki məntəqələrində seçkilər günü qanun pozuntularının olmasını iddia edən müraciətinə 2015-ci il yanvarın 5-də mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə həmin dairənin dairə seçki komissiyası tərəfindən 1/2 saylı qərar qəbul edilmişdir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının mübahisələndirilən qərarının əsassız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
Belə ki, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyası üzvlərinin, Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin izahatlarına əsasən səsvermə günü seçki prosesində və səslərin hesablanmasında həmin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular baş verməmiş, səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolu həmin seçki məntəqələrində tərtib edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada dairə seçki komissiyasına göndərilmişdir.
Yuxarıda adı çəkilən seçki dairəsinin 1, 2, 3, 4, 5, 6 və 7 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinin, Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər S.A.Gənciyev, E.B.Nəzərov, E.B.Məmmədov, B.B.Əliyev, Ş.B.Abbasov və səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilər S.H.Bağırov, R.R.Məmmədov, F.F.Ağasiyev, R.Musayev, A.M.Mikayılov, R.M.Rzayev, S.H.Şiriyeva, A.E.Tarverdiyeva, F.F.Abdullayeva, N.Ə.Əbilov, S.İ.Sultanov, S.X.Seyfullayeva, P.A.Ağaxanova, N.R.Mikayılova və R.B.Nəsirova öz izahatlarında bildirmişlər ki, səsvermə prosesində və səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində qanunda nəzərdə tutulmuş qaydada tərtib edildikdən sonra onun bir nüsxəsi məlumat lövhəsindən asılmış, həmin protokolun surəti onu almaq hüququ olan şəxslərə verilmişdir.
Araşdırma nəticəsində şikayətin təmin olunması və 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 77 saylı Astara seçki dairəsindən Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kazımov Ədalət Muxtar oğlunun 10 yanvar 2015-ci il tarixli 156 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:0118 May 2015, 09:05
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
18 May 2015, 09:05
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
18 May 2015, 09:05
“Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti vəəmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsinə dair ətraflı...
18 May 2015, 09:05
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair ətraflı...
18 May 2015, 09:05
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair ətraflı...
18 May 2015, 09:05
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair ətraflı...
18 May 2015, 09:05
“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında ətraflı...
18 May 2015, 09:05
“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə ətraflı...
18 May 2015, 09:05
Mərkəzi Seçki Komissiyasının 7 aprel 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 May 2015, 08:05
T.T.Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının verilməsi haqqında ətraflı...