2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 156 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 77 saylı Astara seçki dairəsindən Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kazımov Ədalət Muxtar oğlu 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılsa da, o, belə dəlillərə malik olmadığını bildirmişdir.

 

Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Ə.M.Kazımovun 77 saylı Astara seçki dairəsi üzrə Astara bələdiyyəsini əhatə edən seçki məntəqələrində seçkilər günü qanun pozuntularının olmasını iddia edən müraciətinə 2015-ci il yanvarın 5-də mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə həmin dairənin dairə seçki komissiyası tərəfindən 1/2 saylı qərar qəbul edilmişdir.

 

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının mübahisələndirilən qərarının əsassız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

 

Belə ki, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyası üzvlərinin, Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin izahatlarına əsasən səsvermə günü seçki prosesində və səslərin hesablanmasında həmin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular baş verməmiş, səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolu həmin seçki məntəqələrində tərtib edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada dairə seçki komissiyasına göndərilmişdir.

 

Yuxarıda adı çəkilən seçki dairəsinin 1, 2, 3, 4, 5, 6 və 7 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinin, Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər S.A.Gənciyev, E.B.Nəzərov, E.B.Məmmədov, B.B.Əliyev, Ş.B.Abbasov və səsvermə prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilər S.H.Bağırov, R.R.Məmmədov, F.F.Ağasiyev, R.Musayev, A.M.Mikayılov, R.M.Rzayev, S.H.Şiriyeva, A.E.Tarverdiyeva, F.F.Abdullayeva, N.Ə.Əbilov, S.İ.Sultanov, S.X.Seyfullayeva, P.A.Ağaxanova, N.R.Mikayılova və R.B.Nəsirova öz izahatlarında bildirmişlər ki, səsvermə prosesində və səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş,  səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində qanunda nəzərdə tutulmuş qaydada tərtib edildikdən sonra onun bir nüsxəsi məlumat lövhəsindən asılmış, həmin protokolun surəti onu almaq hüququ olan şəxslərə verilmişdir.

 

Araşdırma nəticəsində şikayətin təmin olunması və 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1.  77 saylı Astara seçki dairəsindən Astara bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kazımov Ədalət Muxtar oğlunun 10 yanvar 2015-ci il tarixli 156 saylı müraciəti  əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 5 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

12 Yanvar 2015, 09:01

http://www.azertag.net

10011—10020 / 10511

21 May 2014, 14:05

"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 May 2014, 14:05

"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

19 May 2014, 09:05

Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında   ətraflı...