2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 158 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Məlikumudlu bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əhmədov Ataş Davud oğlu 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 31 saylı seçki məntəqəsində iddia edilən qanun pozuntuları ilə bağlı müraciətinin araşdırılmasında onun iştirakının dairə seçki komissiyası tərəfindən təmin edilməməsini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

 

Araşdırma prosesində müəyyən edilmişdir ki, A.D.Əhmədov və onun tərəfindən təyin edilmiş müşahidəçi E.S.Quliyev 92 saylı Zərdab-Ucar seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə günü qanun pozuntularının olması ilə bağlı 2014-cü il dekabrın 27-də həmin dairə seçki komissiyasına müraciət etmiş, müraciətə 2014-cü il dekabrın    28-də mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə 17/42 saylı qərar qəbul edilmişdir.

 

92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayış və müşahidəçi E.S.Quliyevin izahatından müəyyən edilir ki, qeydə alınmış namizəd  A.D.Əhmədov və onun təyin etdiyi müşahidəçi araşdırmaya dəvət olunsalar da, ərizəçilərdən yalnız E.S.Quliyev komis­siyanın iclasında iştirak etmişdir.

 

Bundan başqa, müxtəlif siyasi partiyaları təmsil edən komissiya üzvlərindən və müraciətdə mübahisələndirilən seçki məntəqəsində seçkilər günü müşahidə aparmış müşahidəçilərdən, həmçinin səsvermənin nəticələrinə görə kifayət qədər səs toplamamış qeydə alınmış namizədlərdən daxil olmuş izahatlardan müəyyən edilir ki, səsvermə günü və səslərin hesablanması prosesində həmin məntəqə üzrə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular baş verməmişdir.

 

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən  qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Məlikumudlu bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əhmədov Ataş Davud oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 158 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 17/42 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

12 Yanvar 2015, 09:01

http://www.azertag.net

6581—6590 / 10511

27 İyul 2016, 09:07

“Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

27 İyul 2016, 09:07

“Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

27 İyul 2016, 09:07

“Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

27 İyul 2016, 09:07

Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

27 İyul 2016, 09:07

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında   ətraflı...

27 İyul 2016, 09:07

Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında   ətraflı...

27 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı   ətraflı...

27 İyul 2016, 09:07

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında   ətraflı...

26 İyul 2016, 10:07

M.İ. Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

26 İyul 2016, 10:07

Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...