2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 151 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Körpükənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov Rüfan Feyruz oğlu 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 11 saylı seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları” haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci  bəndlərinə əsasən  qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Körpükənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov Rüfan Feyruz oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 151 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

12 Yanvar 2015, 09:01

http://www.azertag.net

5931—5940 / 10511

10 Yanvar 2017, 10:01

Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 Yanvar 2017, 09:01

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə   ətraflı...

5 Yanvar 2017, 10:01

Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası   ətraflı...

30 Dekabr 2016, 09:12

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

S.H.Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 Dekabr 2016, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

30 Dekabr 2016, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...