2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 149 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xoşçobanlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Həsən Savad oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 20 saylı seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xoşçobanlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Həsən Savad oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 149 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Yanvar 2015, 09:01

http://www.azertag.net

8271—8280 / 10511

24 İyul 2015, 09:07

S.D.Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi”Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

22 İyul 2015, 09:07

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında   ətraflı...

16 İyul 2015, 09:07

Reklam haqqında   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə   ətraflı...