2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 146 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Çaylı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Carçıyev Sərxan Nəriman oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 30, 31 və 32 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş, həmin dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 30, 31 və 32 saylı məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin və digər seçki subyektlərinin izahatlarına əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.
Belə ki, müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyalarının üzvləri N.M.Göyüşov, A.İ.Carçıyev, Z.M.İbrahimova, E.F.Hacıyev, V.T.Dönməzov, Z.K.Mahmudova, X.Ə.Əmrahova, M.V.Əhmədov, Z.Y.Civişov, R.S.Ələkbərov, müşahidəçilər M.Q.Mustafayev, J.A.Rüstəmova, M.M.Hüseynov, R.H.Eyvazov, Ə.M.Aslanova, T.N.Göyüşov, R.K.Carçıyev, Ş.V.Qocayev, O.T.Göşşiyev, T.M.Rüstəmov, C.Y.Civişov, G.Q.Gülməmmədov, K.M.Musayev, E.T.Qocayev, E.E.Qocayev, S.M.Vəliyeva, G.B.Murquzova, A.M.Mərdalıyev, N.Q.Süleymanova, Ə.S.Hüseynov, A.Ş.Hacıyeva, S.M.Mərdalıyeva, M.C.Cəlilov, N.İ.Bənnayev, Y.M.Əkbərov, M.H.Carçıyev, Ş.Ş.Vəliyev və digərləri yazılı izahatlarında bildirmişlər ki, seçkilər günü seçki məntəqələrində səsvermə, o cümlədən seçki subyektləri tərəfindən bütün seçki hərəkətləri seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq çoxsaylı müşahidəçilərin müşahidəsi ilə həyata keçirilmiş, müvafiq seçki komissiyalarına hər hansı qanun pozuntuları barədə heç bir şikayət daxil olmamış, seçkilərin təşkili və keçirilməsi, habelə səsvermənin nəticələri ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmiş, səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.
Bundan başqa, araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılmışdır.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Çaylı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Carçıyev Sərxan Nəriman oğlunun 8 yanvar 2015-ci il tarixli 146 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:015 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında ətraflı...
5 Aprel 2017, 09:04
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Aprel 2017, 09:04
Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2017, 09:04
V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı ətraflı...
31 Mart 2017, 09:03
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında ətraflı...