2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 143 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əliyev Zaur Mirzəli oğlu və Əhədov Xalid İlham oğlu 2015-ci il yanvarın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 25/65 saylı qərarı ilə razılaşmadıqlarını bildirərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər.

 

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Araşdırma ilə müəyyən olunmuşdur ki, 76 saylı Lənkəran-Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Xalid Əhədov və digərləri səsvermə günü 1, 2 və 3 saylı seçki məntəqələrində ehtimal olunan qanun pozuntuları barədə 29 dekabr 2014-cü ildə Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Dairə seçki komissiyası Seçki Məcəlləsinin və müvafiq Təlimatın tələblərinə uyğun olaraq müraciəti araşdırmış və araşdırmanın nəticəsi olaraq 2014-cü il dekabrın 31-də şikayətin əsassız hesab edilməsi barədə 25/65 saylı qərar qəbul etmişdir. Qərarın surəti maraqlı subyektlərə poçt vasitəsilə göndərilmişdir.

Araşdırma prosesində 76 saylı Lənkəran-Astara seçki dairəsinin dairə seçki komissiyasından təqdim olunmuş arayışdan müəyyən edilir ki, 23 dekabr 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində Mamusta bələdiyyəsinə seçkilər üzrə 1, 2 və 3 saylı seçki məntəqələrində səsvermə günü və səslərin hesablanması ilə bağlı həmin məntəqələrdə müşahidə aparmış şəxslərdən, qeydə alınmış namizədlərdən və digər seçki subyektlərindən qanun pozuntusu olmasına dair məntəqə və dairə seçki komissiyasına yazılı müraciət daxil olmamışdır.

Araşdırma ilə əlaqədar 1, 2 və 3 saylı seçki məntəqələrinin müxtəlif siyasi partiyaları təmsil edən komissiya üzvlərindən və seçkiləri müşahidə etmiş çoxsaylı müşahidəçilərdən, həmçinin səsvermənin nəticələrinə görə kifayət qədər səs toplamamış qeydə alınmış namizədlərin izahatlarından müəyyən edilir ki, səsvermə günü və səslərin hesablanması prosesində həmin məntəqələr üzrə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular baş verməmişdir. Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsində veb-kamera quraşdırılmış, bütün səsvermə prosesi canlı olaraq internet vasitəsilə izlənilmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Əliyev Zaur Mirzəli oğlu və Əhədov Xalid İlham oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 143 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 25/65 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Yanvar 2015, 09:01

http://www.azertag.net

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...