2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 144 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Xanlıqlar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədzadə Şöhrət Əsəd oğlu 2015-ci il yanvarın 8-də Mərkəzi Seçki Komissiyasına müraciət edərək, adı çəkilən seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarından narazı qaldığını bildirmiş, seçkilər günü həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində səsverməyə gəlmiş seçicilərin imzalarının yoxlanılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Ş.Ə.Məmmədzadə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Xanlıqlar bələdiyyəsini əhatə edən seçki məntəqələrində seçkilər günü səs verməyə gəlmiş seçicilərin imzalarının ekspertizadan keçirilməsi ilə bağlı 2014-cü il dekabrın 26-da adıçəkilən seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, həmin müraciətə 2014-cü il dekabrın 27-də mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə müvafiq dairə seçki komissiyası tərəfindən 22/60 saylı qərar qəbul edilmişdir.
Ərizəçi Ş.Ə.Məmmədzadənin müraciətinin araşdırılması zamanı 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 26, 27 və 28 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin, Xanlıqlar bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş namizədlərin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirilmişdir.
Belə ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin əhatə etdiyi 26, 27 və 28 seçki məntəqələri məntəqə seçki komissiyalarının üzvləri M.T.Hüseynov, X.S.Xudaverdiyev, X.R.Balayev, R.V.Həsənov, B.T.Salmanov, İ.X.Vəliyev, M.Z.Məmmədova, F.O.Əliyev, C.E.Şahvələdov, Z.A.Məmmədov, A.İ.Qorçuyev, Ə.Q.Vəliyev, Xanlıqlar bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş digər namizədlər H.M.Həsənov, R.Ş.Əliyeva, N.A.Mehdiyev, M.V.Vəliyev, M.M.Heydərov, X.N.Mehdiyev və R.Z.Aslanov, müşahidəçilər S.V.Şahbazov, Q.Q.Mustafayev, T.İ.Kosayeva, K.P.Əşrəfov, Ə.M.Sarıyev, İ.T.Qədimov, A.T.Nəsibov, R.Z.Aslanov, M.İ.Nəsibov və digərləri yazılı izahatlarında bildirmişlər ki, seçkilər günü seçki məntəqələrində səsvermə, o cümlədən seçki subyektləri tərəfindən bütün seçki hərəkətləri seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq çoxsaylı müşahidəçilərin müşahidəsi ilə həyata keçirilmiş, müvafiq seçki komissiyalarına hər hansı qanun pozuntuları barədə heç bir şikayət daxil olmamış, seçkilərin təşkili və keçirilməsi, habelə səsvermənin nəticələri ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmiş, səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.
Bundan başqa, araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılmışdır.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Xanlıqlar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədzadə Şöhrət Əsəd oğlunun 8 yanvar 2015-ci il tarixli 144 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Yanvar 2015, 09:0119 İyul 2016, 09:07
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında ətraflı...
18 İyul 2016, 09:07
“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2016, 09:07
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
14 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2016, 09:07
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...