2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2015-ci il tarixli 130 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 109 saylı Balakən seçki dairəsindən Balakən bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Muradov Mustafa Murad oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 1, 2, 4 və 5 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini və bununla bağlı şikayətinin araşdırılmasına dair dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 29/103 saylı qərarının əsassız olduğunu iddia edərək həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı müraciətdə mübahisələndirilən seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.
Ərizəçi M.M.Muradovun müraciətinin araşdırılması zamanı 109 saylı Balakən seçki dairəsinin 1, 2, 4 və 5 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin, Balakən bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş namizədlərin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, hər bir seçici aktiv seçki hüququnu hər hansı təsir olmadan reallaşdırmış, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirilmişdir.
Belə ki, 109 saylı Balakən seçki dairəsinin 1, 2, 4 və 5 saylı məntəqə seçki komissiyasının üzvləri A.N.Ağayeva, M.Q.Qarayeva, N.M.Qarayev, Ş.Ş.Motuxova, C.M.Qaralova, G.B.Xəlilova, G.Nastakalova, A.M.Əzizova, R.P.Rəhimli, İ.Ə.Soltanov, V.Ə.Əlimərdanov, D.İ.Qaraçayeva, V.K.Ocaqverdiyev, H.N.Cantayev, A.A.Xurtunova, Y.S.Zamanova, S.Z.Qədirova, Ü.R.Əliyev, T.R.Mahmudov, İ.O.Qallacov, müşahidəcilər E.V.Əliyeva, K.P.Həsənova, R.R.Süleymanova, N.M.Osmanov, K.R.Bayramova, Z.A.Nəcəfov, E.R.Əzimova, S.H.Murtuzayeva, B.C.Şaşqayeva, R.C,Musayev, E.M.Haciyev, E.Q.Hacıyeva, C.E.Əliqayeva, F.Ə.Molulova, E.R.Abbasova, S.Z.Murtuzova, Ə.T.Bayramova, M.İ.Müsalimova, İ.Ə.Rəhimova, Ə.K.Hacıyev, Ə.Ə.Alqayev, R.T.Tağıyev, M.S.Tosova, Ş.B.Abdullayev, D.Q.Qardaşova, Q.S.İsamyılov, G.C.Hacıyeva, K.M.Vaslarov, M.S.Quliyeva, N.Z,İsgəndərova, O.H.Qurbanova, X.M.İsaxəliyeva, V.Ə.Məmmədova, M.T.Dibirov, Ş.Ə.Tütünçüyeva, S.E.Qarayeva, R.N.Qaraçayev, İ.Ş.Saramonov, N.M.Süleymanov, Ə.R.Kazımova, Balakən bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçkilərdə kifayət qədər səs toplamamış 26 nəfər namizəd izahatlarında bildirmişlər ki, seçkilər günü səsvermə prosesində hər hansı qanun pozuntusu müşahidə edilməmiş, səsvermənin gedişinə müdaxilə olunmamış, eyni zamanda hər bir seçici şəxsən səs vermiş, səslərin hesablanması qanunauyğun aparılmış, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu seçki məntəqəsində tərtib edilmişdir.
Ərizəçi tərəfindən seçkilər günü səsvermədə təkrar iştirak etdikləri iddia olunan M.S.Quliyeva, F.Ə.Molulova, X.M.Mustafayeva, K.H.Vasovlar, Ə.İ.Musayeva və A.M.İsayeva izahatlarında onlar tərəfindən başqa şəxslərin əvəzinə səs verilməsinin əsassız olduğunu bildirmişlər.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 29/103 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 109 saylı Balakən seçki dairəsindən Balakən bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Muradov Mustafa Murad oğlunun 5 yanvar 2015-ci il tarixli 130 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 29/103 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Yanvar 2015, 09:0126 Fevral 2014, 09:02
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında ətraflı...
26 Fevral 2014, 09:02
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
20 Fevral 2014, 10:02
"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...
19 Fevral 2014, 17:02
R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 Fevral 2014, 08:02
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Fevral 2014, 09:02
A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında ətraflı...