“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1.            Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.        Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.        Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.        mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.        həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2.            Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3.            Müəyyən edilsin ki:

3.1.        “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü, 16.4-cü maddələrində, 20-ci maddəsinin ikinci cümləsində, 30-1.1-ci, 30-1.2-ci, 31.2-ci, 31.3.2-ci, 31.4-cü, 31.6-cı və 31.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.2.        həmin Qanunun 31.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2014-cü il.

4 Fevral 2014, 09:02

http://www.azertag.net

10041—10050 / 10511

15 May 2014, 09:05

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...

13 May 2014, 13:05

H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 17:05

A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

8 May 2014, 09:05

M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 May 2014, 17:05

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə   ətraflı...