2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2015-ci il tarixli 134 saylı və 7 yanvar 2015-ci il tarixli 140 saylı müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Fərzəliyev Sabir Cəmil oğlu, Abdullayev Hafiz Yaşasın oğlu və müşahidəçi Əliyev Cahid Cəmil oğlu 2015-ci il yanvarın 6-da və 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 30/70 saylı qərarından şikayət verərək qərarın ləğv edilməsini və həmin bələdiyyəyə seçkilərin nəticələrinin ləğv olunmasını xahiş etmişlər.

 

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciətlər dairə seçki komissiyasının eyni qərarından verildiyinə görə bir icraatda birləşdirilərək araşdırılmışdır.

Müraciət etmiş şəxslərə araşdırma aparılması barədə məlumat verilmiş, onlara araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Araşdırma ilə müəyyən olunmuşdur ki, 82 saylı Ağcabədi seçki dairəsindən Şənlik bələdiyyəsi üzrə seçkilərdə iştirak etmiş bir qrup müşahidəçi və bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlər səsvermə günü seçki dairəsinin 16 və 17 saylı seçki məntəqələrində ehtimal olunan pozuntular barədə Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət etmişlər. Həmin müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan aidiyyəti üzrə baxılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Dairə seçki komissiyası Seçki Məcəlləsinin və müvafiq Təlimatın tələblərinə uyğun olaraq müraciəti araşdırmış və araşdırmanın nəticəsi olaraq şikayətin təmin edilməməsi barədə 28 dekabr 2014-cü il tarixli 30/70 saylı qərar qəbul etmişdir. Qərarın surəti maraqlı subyektlərə təqdim edilmişdir.

Araşdırma prosesində 82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş arayışdan müəyyən edilir ki, 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Şənlik bələdiyyəsini əhatə edən 16 və 17 saylı seçki məntəqələrində səsvermə günü və səslərin hesablanması ilə bağlı müşahidə aparmış şəxslərdən, qeydə alınmış namizədlərdən və digər seçki subyektlərindən qanun pozuntusunun olmasına dair məntəqə seçki komissiyasına və dairə seçki komissiyasına şikayət daxil olmamışdır. Səsvermənin nəticələri müəyyən olunduqdan sonra kifayət qədər səs toplamamış bəzi qeydə alınmış namizədlər və onların müşahidəçiləri seçkilərdə qanun pozuntularının olması barədə müxtəlif orqanlara şikayətlər vermişlər.

Araşdırma ilə əlaqədar 16 və 17 saylı seçki məntəqələrinin müxtəlif siyasi partiyaları təmsil edən komissiya üzvlərindən və seçkiləri müşahidə etmiş çoxsaylı müşahidəçilərdən, həmçinin səsvermənin nəticələrinə görə kifayət qədər səs toplamamış digər qeydə alınmış namizədlərdən alınmış izahatlardan müəyyən edilir ki, səsvermə günü və səslərin hesablanması prosesində həmin məntəqələr üzrə seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları baş verməmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Fərzəliyev Sabir Cəmil oğlu, Abdullayev Hafiz Yaşasın oğlu və müşahidəçi Əliyev Cahid Cəmil oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2015-ci il tarixli 134 saylı və 7 yanvar 2015-ci il tarixli 140 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 30/70 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

8 Yanvar 2015, 09:01

http://www.azertag.net

10221—10230 / 10511

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə   ətraflı...

7 Mart 2014, 09:03

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

7 Mart 2014, 09:03

Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2014, 09:03

E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...