2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2015-ci il tarixli 135 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Ağayev Kamaləddin Muğbil oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, adıçəkilən bələdiyyəni əhatə edən seçki məntəqələrində qanun pozuntularının olduğunu və bununla bağlı müvafiq seçki dairəsi dairə seçki komissiyası tərəfindən qəbul edilmiş qərardan narazı qaldığını bildirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi K.M.Ağayev 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə Mahmudavar bələdiyyəsinin əhatə etdiyi 32, 33, 34 və 35 saylı seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə bağlı aidiyyət qaydasına düzgün əməl etməyərək, 2014-cü ilin dekabrın 27-də Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, onun müraciətinə 2014-cü il dekabrın 28-də baxılaraq Komissiyanın 20/134 saylı Qərarı ilə aidiyyəti üzrə baxılması üçün adıçəkilən seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Həmin müraciətə mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə müvafiq dairə seçki komissiyası tərəfindən 30 dekabr 2014-cü il tarixli 34/88 saylı qərar qəbul edilmişdir.
Ərizəçi K.M.Ağayevin müraciətinin araşdırılması zamanı 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 32, 33, 34 və 35 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin, Mahmudavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş namizədlərin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirilmişdir.
Belə ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 32, 33, 34 və 35 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının üzvləri N.H.Əliyev, Z.S.Ağayev, H.O.Ağayev, G.S.Qasımov, Ç.İ.Fərəcov, C.D.Xanməmmədov, İ.R.Rəsulov, E.Ə.Əkbərov, Ə.Y.Babayev, S.A.Şükürov, A.A.Süleymanov, S.Y.Əzizov, Ş.A.Məmmədova, Mahmudavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş digər namizədlər F.Q.Hüseynov, M.Ş.Rüstəmov, A.X.Nəhmətov, Ə.Ə.Hidayətov və H.M.Əliyev, müşahidəçilər X.H.Əliyev, E.Ə.Babayev, Ə.İ.Fərəcov, V.B.İsmayılov, A.N.Tağıyev, T.Ə.Məmmədova, F.V.Babayev, A.B.Kərimov, Z.Y.Ağayeva, Ç.F.Fərəcov, həmçinin şikayətçi K.M.Ağayevin təyinatı əsasında 35 saylı seçki məntəqəsində müşahidə aparan M.M.Kərimov yazılı izahatlarında bildirmişlər ki, seçkilər günü seçki məntəqələrində səsvermə, o cümlədən seçki subyektləri tərəfindən bütün seçki hərəkətləri seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq çoxsaylı müşahidəçilərin müşahidəsi ilə həyata keçirilmiş, müvafiq seçki komissiyalarına hər hansı qanun pozuntuları barədə heç bir şikayət daxil olmamış, səsvermə keçirilən seçki məntəqələrində seçkilərin təşkili və keçirilməsi, habelə səsvermənin nəticələri ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmiş, səslər hesablandıqdan sonra səsvermənin nəticələri haqqında protokolun surəti dairə seçki komissiyasının məlumat lövhəsindən asılmaqla bərabər, onlara da verilmişdir.
Bundan başqa, araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılsa da, o, belə dəlillərə malik olmadığını bildirmişdir.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 75 saylı Lənkəran-Masallı seçki dairəsi dairə seçki komissiyasının 30 dekabr 2014-cü il tarixli 34/88 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Ağayev Kamaləddin Muğbil oğlunun 6 yanvar 2015-ci il tarixli 135 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 30 dekabr 2014-cü il tarixli 34/88 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Yanvar 2015, 09:01
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında ətraflı...
5 Aprel 2017, 09:04
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Aprel 2017, 09:04
Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2017, 09:04
V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı ətraflı...
31 Mart 2017, 09:03
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında ətraflı...