2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2015-ci il tarixli 131 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ağcabədi rayonu Şənlik kənd sakinləri Fərzəliyeva Şəlalə Heydar qızı və digərlərinin 2015-ci il yanvarın 5-də Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətində səsvermə günü 82 saylı Ağcabədi seçki dairəsinin 16 və 17 saylı seçki məntəqələrində qanun pozuntularının olduğu iddia edilmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş edilmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Ağcabədi rayonu Şənlik kənd sakinləri Fərzəliyeva Şəlalə Heydar qızı və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2015-ci il tarixli 131 saylı müraciəti araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə 82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Yanvar 2015, 09:0116 Avqust 2017, 09:08
Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
15 Avqust 2017, 09:08
Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
14 Avqust 2017, 09:08
R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
14 Avqust 2017, 09:08
A.H.Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Avqust 2017, 09:08
A.Z.Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Avqust 2017, 09:08
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
11 Avqust 2017, 09:08
Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün DÖVLƏT PROQRAMI ətraflı...
11 Avqust 2017, 09:08
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
9 Avqust 2017, 09:08
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin NİZAMNAMƏSİ ətraflı...
9 Avqust 2017, 09:08
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...