Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyevin səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyev 2015-ci il yanvarın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi vəzifəsinə seçildiyi üçün onun deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı özü imtina etdikdə o, deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyevin deputat səlahiyyətlərinə xitam verilsin.
2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Yanvar 2015, 09:0127 İyul 2017, 09:07
A.İ.Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 İyul 2017, 09:07
Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında ətraflı...
25 İyul 2017, 09:07
Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2017, 10:07
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...