“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265; 2013, № 3, maddə 216) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci maddədə “ictimai birliklərin və fondların” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin” sözləri əlavə edilsin.
2. 1.4-cü maddədə “qeyri-hökumət” sözü “qeyri-kommersiya” sözü ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 2.2-1-ci maddə əlavə edilsin:
“2.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlarıdır.”.
4. 2.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir.”.
5. 4-cü maddədə “istənilən” sözü “bu Qanunla müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:
“7.1-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.”.
7. 7.4-cü maddənin birinci cümləsində “Əsasnaməyə əsasən” sözləri “Əsasnamədə müəyyən edilmiş fəaliyyət predmetinə və vəzifələrinə uyğun” sözləri ilə əvəz edilsin.
8. Aşağıdakı məzmunda 7.4-1-ci maddə əlavə edilsin:
“7.4-1. Qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını aparmış qurumun adı), filial və ya nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməlidir.”.
9. 7.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin, aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.”.
10. 9.1-1-ci maddədə “təsisçisi” sözündən sonra “və qanuni təmsilçisi” sözləri əlavə edilsin.
11. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
“10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.”.
12. 11-ci maddənin birinci cümləsində “öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən” sözləri çıxarılsın, ikinci cümləsində “təsis sənədləri” sözlərindən sonra “və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri əlavə edilsin.
13. 12.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.”.
14. 13.1-ci maddədə “məqsədləri və” sözləri “məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi,” sözləri ilə əvəz edilsin.
15. Aşağıdakı məzmunda 16.3 və 16.4-cü maddələr əlavə edilsin:
“16.3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir.
16.4. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.”.
16. Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:
“19.7. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.”.
17. 20-ci maddədə “təşkilatı” sözündən sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və” sözləri əlavə edilsin, maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qeyri-hökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.”.
18. Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:
“22.4. Qeyri-hökumət təşkilatı peşəkar dini fəaliyyətlə məşğul ola bilməz.”.
19. 24-1.1-ci maddədə “qeyri-hökumət təşkilatının” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri, 24-1.2-ci maddədə “Qeyri-hökumət təşkilatı” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri” sözləri, 24-1.3-cü maddədə “Qeyri-hökumət təşkilatına” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri, 24-1.4-cü maddənin birinci cümləsində “qeyri-hökumət təşkilatının” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri, ikinci cümləsində “qeyri-hökumət təşkilatı” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri” sözləri, 24-1.5-ci maddədə “Qeyri-hökumət təşkilatının” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri əlavə edilsin.
20. Aşağıdakı məzmunda 26.4-cü maddə əlavə edilsin:
“26.4. İctimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir.”.
21. 29.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.5. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etməlidirlər. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.”.
22. Aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:
“Maddə 30-1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi
30-1.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30-1.2. Müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək səlahiyyətinə malikdir.
30-1.3. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.”.
23. 31-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“31.1. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
31.2. Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə qanunla məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına və ya xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir.
31.3. Bu maddədə müəyyən olunmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır:
31.3.1. qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə;
31.3.2. qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda;
31.3.3. qeyri-hökumət təşkilatının icra orqanı tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması müəyyən edildikdə.
31.4. Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.
31.5. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququna malikdir.
31.6. Bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 31.3.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qeyri-hökumət təşkilatının üzvləri tərəfindən edilir.
31.7. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində müəyyən olunmuş halda isə təşkilatın üzvlərinin müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin qərarı ilə vaxtından əvvəl bərpa oluna bilər.
31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2013-cü il.
4 Fevral 2014, 09:0215 Aprel 2022, 08:04
Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 08:04
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1999-cu il 30 dekabr tarixli 244 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 16 may tarixli 896 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 796-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 15 noyabr tarixli 25 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 13 dekabr tarixli 328 nömrəli, “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2006-cı il 29 mart tarixli 382 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 2 fevral tarixli 451 nömrəli və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 mart tarixli 585 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
T.T.Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Aprel 2022, 15:04
Q.O.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...