2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 118 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə müşahidəçi olmuş İsgəndərov İsgəndər İsa oğlu 2015-ci il yanvarın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 22 saylı seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci  bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə müşahidəçi olmuş İsgəndərov İsgəndər İsa oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 118 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

 

 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

6 Yanvar 2015, 09:01

http://www.azertag.net

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...