2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 125 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 112 saylı Qax seçki dairəsindən Ləkit bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Novruzov Novruz Hacıəfəndi oğlu 2015-ci il yanvarın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək dairənin əhatə etdiyi 27, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların surətlərinin ona verilmədiyini bildirmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair rəy verilməlidir.

 

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara  alır:

 

1. 112 saylı Qax seçki dairəsindən Ləkit bələdiyyəsinə qeydə alınmış namizəd Novruzov Novruz Hacıəfəndi oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 125 saylı müraciəti aidiyyəti üzrə baxılması üçün həmin seçki dairəsinin  dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

6 Yanvar 2015, 09:01

http://www.azertag.net

9571—9580 / 10511

4 Sentyabr 2014, 09:09

Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Sentyabr 2014, 09:09

Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

3 Sentyabr 2014, 09:09

N.M. Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2014, 09:09

H.Z. Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2014, 09:09

Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında   ətraflı...

1 Sentyabr 2014, 12:09

"Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə   ətraflı...

1 Sentyabr 2014, 09:09

Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

1 Sentyabr 2014, 09:09

Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

1 Sentyabr 2014, 09:09

Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

1 Sentyabr 2014, 09:09

Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...