2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 117 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əliyev Arzuman Böyükağa oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın  8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əliyev Arzuman Böyükağa oğlunun 3 yanvar 2015-ci il tarixli 117 saylı müraciəti araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

6 Yanvar 2015, 09:01

http://www.azertag.net

6421—6430 / 10511

28 Sentyabr 2016, 09:09

Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

28 Sentyabr 2016, 09:09

İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına   ətraflı...

27 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında   ətraflı...

23 Sentyabr 2016, 10:09

A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

23 Sentyabr 2016, 10:09

О государственной поддержке развития хлопководства в Азербайджанской Республике   ətraflı...

23 Sentyabr 2016, 10:09

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

23 Sentyabr 2016, 10:09

Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında   ətraflı...

23 Sentyabr 2016, 10:09

İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

23 Sentyabr 2016, 10:09

Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə   ətraflı...