2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 115 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əsədov Ağaddin Cəmiyyət oğlu və digərləri 2015-ci il yanvarın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 9 və 10  saylı seçki məntəqələrində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci  bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılavar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əsədov Ağaddin Cəmiyyət oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 115 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçilərə geri göndərilsin.

 

 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

6 Yanvar 2015, 09:01

http://www.azertag.net

4811—4820 / 10511

20 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

M.V.Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı   ətraflı...

18 Sentyabr 2017, 09:09

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı   ətraflı...

18 Sentyabr 2017, 09:09

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

X.M.İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında   ətraflı...