2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 84 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlu 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsində dairə seçki komissiyası tərəfindən səslərin təkrar hesablanması zamanı hüquqlarının pozulmasını iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müəyyən edilmişdir ki, Ş.T.Nuriyev və digərlərinin 25 dekabr 2014-cü il tarixli şikayəti aidiyyət qaydalarına dair tələbin pozulması ilə Mərkəzi Seçki Komissiyasına daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün 75 saylı Lənkəran-Masallı seçki dairəsi dairə seçki komissiyasına göndərilmişdir. Həmin komissiya tərəfindən müraciətə 29 dekabr 2014-cü il tarixdə baxılmış və müraciətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, Mərkəzi Seçki Komissiyasının 26 dekabr 2014-cü il tarixli 18/114 saylı qərarında 75 saylı Lənkəran-Masallı seçki dairəsinin dairə seçki komissiyası tərəfindən 29 saylı seçki məntəqəsi üzrə səslərin təkrar hesablanması nəzərdə tutulmamış və dairə seçki komissiyası tərəfindən səslərin təkrar hesablanması prosesi həyata keçirilməmişdir. Ona görə də müraciətdə iddia olunan qanun pozuntuları əsassızdır.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müraciətdəki xüsusatlar öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 75 saylı Lənkəran-Masallı seçki dairəsindən üzrə Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlunun 1 yanvar 2015-ci il tarixli 84 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 Yanvar 2015, 09:01

http://www.azertag.net

10071—10080 / 10511

1 May 2014, 09:05

Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında   ətraflı...

1 May 2014, 09:05

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsindəəlavə tədbirlər haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 941-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 940-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

30 Aprel 2014, 09:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 942-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...