2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 yanvar 2015-ci il tarixli 112 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Salahov Toğrul Saleh oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 20, 21 və 22 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini və bununla bağlı şikayət ərizəsinin araşdırılmasına dair həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 saylı qərarının əsassız olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı 85 saylı Şamaxı seçki dairəsinin 20, 21 və 22 saylı məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.
85 saylı Şamaxı seçki dairəsinin 20 saylı məntəqə seçki komissiyasının sədri Ə.B.Qəniyev, komissiya üzvləri S.N.Qasımova, Z.Ağayev, Ə.Adıgözəlov, 21 saylı məntəqə seçki komissiyasının üzvü Z.Ə.Nuriyeva, 22 saylı məntəqə seçki komissiyasının sədri B.D.Səfərov, həmin seçki məntəqələri üzrə səsvermə günü müşahidə aparmış M.A.Mustafayev, R.A.Abdullayev, M.Ə.Rüstəmova, K.O.Qasımov, F.N.Osmanov, S.N.Nəbiyeva, Ü.D.İsmayılova, V.R.Rəsulov, İ.İ.Rəsulov, N.Ş.Salmanov, E.B.Xəlilov, Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Y.O.Qasımov, R.S.Qaçayev, R.Ə.Nəbiyev, M.M.Mövliyeva, N.M.İsgəndərov, N.Ş.İsgəndərov, Ç.H.Daşdıyev, S.Ə.Bayramov, M.Q.İsmayılova, Şamaxı rayon icra hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Ş.Xəlilov, müavini F.S.Məmmədrzayev öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etməmişlər, seçkilərin gedişinə müdaxilə olunmamış, eyni zamanda hər bir seçici şəxsən səs vermiş, səslərin hesablanması qanunauyğun aparılmış, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu məntəqə seçki komissiyasında tərtib edilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd T.Salahovun Mərkəzi Seçki Komissiyasına göndərdiyi 24 dekabr 2014-cü il tarixli müraciət aidiyyəti üzrə araşdırılması üçün 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasına göndərilmişdir. Dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 saylı qərarından müəyyən edilir ki, həmin tarixdə dairə seçki komissiyası 20 və 21 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanmasını aparmışdır. Səslərin təkrar hesablanması ilə müəyyən edilən nəticələr həmin məntəqələr üzrə 23 dekabr 2014-cü il tarixdə keçirilmiş səsvermənin nəticələrinə dair tərtib edilmiş protokollardakı məlumatlarla eynilik təşkil etmişdir.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Salahov Toğrul Saleh oğlunun 2 yanvar 2015-ci il tarixli 112 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 28/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0114 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
Z.İ.Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...