2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 101 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 110 saylı Zaqatala seçki dairəsindən Muxax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov İslam Şəmsəddin oğlu və Putayev Şəmsəddin Zahid oğlu 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə günü saxtakarlığa yol verilməsi, həmçinin seçki qanunvericiliyinin tələblərinin pozulmasını bildirmiş və müvafiq qərar qəbul edilməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq komissiyanın iclasında baxılmışdır.
Ərizəçilər Məmmədov İslam Şəmsəddin oğlu və Putayev Şəmsəddin Zahid oğlu 2015-ci il yanvarın 2-də yazılı müraciət edərək şikayətlərindən imtina etdiklərini bildirmiş və müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişlər.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 110 saylı Zaqatala seçki dairəsindən Muxax bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov İslam Şəmsəddin oğlu və Putayev Şəmsəddin Zahid oğlu şikayətlərindən imtina etdiklərinə görə 1 yanvar 2015-ci il tarixli 101 saylı müraciətin araşdırılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0113 Oktyabr 2016, 09:10
Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında ətraflı...
13 Oktyabr 2016, 09:10
İ.Ə.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
13 Oktyabr 2016, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
12 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikası Mərkəzi Seçki (referendum) Komissiyasının Protokolu ətraflı...
12 Oktyabr 2016, 09:10
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ətraflı...
12 Oktyabr 2016, 09:10
2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqqında ətraflı...
12 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında ətraflı...
12 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında ətraflı...
12 Oktyabr 2016, 09:10
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında ətraflı...
7 Oktyabr 2016, 09:10
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ətraflı...