2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci tarixli 106 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Güllütəpə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Mirzəyev Elşad Şəmsəddin oğlu və digərləri Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 78 və 79 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olması barədə müraciətlərinə dairə seçki komissiyası tərəfindən cavab verilmədiyini bildirmiş, müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq həmin müraciətə dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində müəyyən edilmişdir ki, E.Ş.Mirzəyevin və digərlərinin müraciətləri 72 saylı Yardımlı-Masallı seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş, dairə seçki komissiyası qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qeyd edilən müraciətləri araşdıraraq müvafiq qərar qəbul etmiş və qərarların surəti poçt vasitəsi ilə şikayətçilərə göndərilmişdir. Ona görə də E.Ş.Mirzəyevin və digərlərinin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Güllütəpə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Mirzəyev Elşad Şəmsəddin oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci tarixli 106 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0114 Sentyabr 2017, 09:09
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
A.V.Lapşinin əfv edilməsi haqqında ətraflı...
11 Sentyabr 2017, 10:09
İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ ətraflı...