2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 85 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ağcabədi rayonu Şənlik kənd sakini Paşayev Rasim Əhmədalı oğlu və digərləri Mərkəzi Seçki Komissiyasına müraciət edərək 82 saylı Ağcabədi seçki dairəsinin 16 və 17 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu və bununla bağlı şikayət ərizəsinin araşdırılmasına dair həmin dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli qərarının əsassız olduğunu iddia etmiş və Şənlik bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində 82 saylı Ağcabədi seçki dairəsinin 16 və 17 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.
Belə ki, həmin seçki dairəsi üzrə 16 saylı məntəqə seçki komissiyasının sədri Mirzəyev Nazim Səmid oğlu, katibləri Cəbrayılov Sevdimalı Hüseynalı oğlu, Rəhimova Əsli Rəhim qızı, 17 saylı məntəqə seçki komissiyasının sədri Paşayev Əhəd Şaban oğlu, katibləri Mustafayeva Vəfa Mobil qızı, Kazımov Sadiq Səlim oğlu və səsvermə günü həmin məntəqələrdə müşahidəçi olmuş Ağayev Natiq Tapdıq oğlu, Məmmədova Sevda Cəlil qızı, Qurbanov Kamran Cabbar oğlu, Heydərov Kamil Muxtar oğlu, Bayramov Tahir Yaqub oğlu, Həsənova Aidə Pəhlivan qızı, Bayramov Hüsəməddin Murad oğlu, Əmirov Etibar İsmayıl oğlu, İsmayılov Məhəmməd Bayram oğlu, Səfərov Rövşən Şirin oğlu, Səfərova Afət Əli qızı, Qurbanov Teyyub İbrahim oğlu, Səlimov Aqil Qaryağdı oğlu, kənd sakinləri Qurbanov Qaşqay Heydər oğlu, Qəmbərova Fitat Abduləzim qızı, Mirzəyev Etibar Məhəmmədəli oğlu, Qasımov Qüdrət Şaxmal oğlu, Cəfərova Nazilə Barat qızı, Quliyev Aqil Qulu oğlu, Quliyeva Səadət Ələmdar qızı, Paşayev Eynulla Camal oğlu, Quliyeva Tamilə, Abbasov Elşən Rizvan oğlu, Fərzəliyev Mahmud İdili oğlu, Ağayeva Dildar Bilal qızı, Qurbanova Aybəniz Tapdıq qızı, Quliyeva Zülfiyyə Yusif qızı, Ramazanova Elmira İdris qızı, Əliyev Etibar Əliyar oğlu, İsmayılova Məxmər Məhəmməd qızı, Qurbanov Cəlal Əhməd oğlu, İsmayılov Daşqın Əli oğlu, Quliyeva Nərmin Bəhrəm qızı, Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Quliyev Oxtay Məmmədyar oğlu, Sadıqov Zahir Nayıb oğlu, Behbudov Dəyanət Qəşəm oğlu, Səfərov İlqar Minlik oğlu, Xəlilov Pərviz Saleh oğlu, Mamedov Yusif Vahid oğlu, Quliyev Bəhrəm Qulu oğlu və Ağayev Qəmbər Museyib oğlu izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı bir qanun pozuntusu müşahidə etməmiş, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 29/68 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Ağcabədi rayonu Şənlik kənd sakinləri Paşayev Rasim Əhmədalı oğlu və digərlərinin 1 yanvar 2015-ci il tarixli 85 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 29/68 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0124 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
24 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
Vahid Balami oğlu İlyasovun müvəqqəti olaraq 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Rahib Şərif oğlu Camalovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair ətraflı...
24 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 noyabr 2014-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
24 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...