2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 94 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyeva Mina Yaqub qızı 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli qərarının ləğv edilməsi və səslərin təkrar hesablanması zamanı özünün iştirakının təmin edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq komissiyanın iclasında baxılmışdır.
Ərizəçi M.Y.Quliyeva 2015-ci il yanvarın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək şikayətindən imtina etdiyini bildirmiş və müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişdir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyeva Mina Yaqub qızı şikayətindən imtina etdiyinə görə 1 yanvar 2015-ci il tarixli 94 saylı müraciətin araşdırılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0122 Sentyabr 2014, 09:09
Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya ətraflı...
22 Sentyabr 2014, 09:09
Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya ətraflı...
19 Sentyabr 2014, 10:09
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında ətraflı...
17 Sentyabr 2014, 09:09
Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...