2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 92 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əskər oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi dairə seçki komissiyasının 23/54 saylı 26 dekabr 2014-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müəyyən edilmişdir ki, R.Ə.Cəfərovun 24 dekabr 2014-cü il tarixli müraciəti aidiyyət qaydalarına dair tələbin pozulması ilə Mərkəzi Seçki Komissiyasına daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün 74 saylı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Həmin komissiya tərəfindən müraciətə 26 dekabr 2014-cü il tarixdə baxılmış və müraciətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

Araşdırma nəticəsində 74 saylı Lənkəran kənd seçki dairəsinin 21 və 22 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin, Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin izahatlarına əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

Belə ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin 21 və 22 saylı seçki məntəqəsi məntəqə seçki komissiyalarının üzvləri İbadov Çervon Əli oğlu, Məlikov Tofiq Gülmalı oğlu, Babayev Ədalət Feyzi oğlu, Ağasıyev Fəzail Ağası oğlu, müşahidəçilər Mirzəyev Sərraf Paşa oğlu, Muradov Müqabil İsrafil oğlu, Qəniyeva Həmidə Rzabala qızı, qeydə alınmış namizədlər Əsgərov Əflatun Dövlət oğlu, Səfərov Şahin Nizami oğlu, Nəsirova Həcər Fərhad qızı öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etməmişlər.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 74 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının 26 dekabr 2014-cü il tarixli 23/54 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əskər oğlunun 1 yanvar 2015-ci il tarixli 92 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 26 dekabr 2014-cü il tarixli 23/54 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 Yanvar 2015, 09:01

http://www.azertag.net

7601—7610 / 10511

8 Dekabr 2015, 09:12

Ətraflı:Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

8 Dekabr 2015, 09:12

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1380-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1379-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında   ətraflı...

8 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1378-IVQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...