2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 89 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Hüseynov Bəhmən Əbdül oğlu və Mustafayev Nurəddin Paşa oğlu 1 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin dairənin 11 və 12 saylı seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən səslərin yenidən hesablanması zamanı pozuntulara yol verildiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd Hüseynov Bəhmən Əbdül oğlunun Mərkəzi Seçki Komissiyasına müraciəti əsasında komissiya tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsinin 11 və 12 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanması barədə qərar qəbul edilərək müvafiq dairə seçki komissiyasına göndərilmişdir. Dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş 28 dekabr 2014-cü il tarixli 24/63 saylı qərardan müəyyən edilir ki, həmin tarixdə dairə seçki komissiyası Səpnəkəran bələdiyyəsinə qeydə alınmış namizədlər Hüseynov Bəhmən Əbdül oğlu, Mustafayev Nurəddin Paşa oğlu, Babayev Şaddıq Əli oğlunun və müşahidəçilər Məmmədov Şöhrət Xudaverdi oğlu, Əhmədov Surət Əsəd oğlu və Suvarov İlqar Cəsarət oğlunun iştirakı ilə 11 və 12 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanmasını aparmışdır. Səslərin yenidən hesablanması ilə müəyyən edilən nəticələr həmin məntəqələr üzrə 23 dekabr 2014-cü il tarixdə keçirilmiş səsvermənin nəticələrinə dair tərtib edilmiş protokollardakı məlumatlarla eynilik təşkil etmişdir. Səslərin yenidən hesablanması ilə bağlı tərtib edilmiş protokolların və qəbul edilmiş qərarın surətləri maraqlı şəxslərə təqdim edilmişdir.
Araşdırma prosesində səslərin yenidən hesablanmasında iştirak etmiş müşahidəçilər Məmmədov Şöhrət Xudaverdi oğlu, Əhmədov Surət Əsəd oğlu və Suvarov İlqar Cəsarət oğlundan alınmış izahatlarda göstərilir ki, 11 və 12 saylı seçki məntəqələrində səslərin yenidən hesablanması prosesində hər hansı qanun pozuntusuna yol verildiyini müşahidə etməmişlər, səslərin yenidən hesablanması ilə müəyyən edilən nəticələr əvvəlki nəticələrlə üst-üstə düşmüşdür.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində həmin seçki dairəsi üzrə 11 və 12 saylı seçki məntəqələrində səslərin yenidən hesablanması prosesində dairə seçki komissiyasının hərəkətlərində qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Müraciətdə göstərilənlər öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən Səpnəkəran bələdiyyəsinə qeydə alınmış namizədlər Hüseynov Bəhmən Əbdül oğlu və Mustafayev Nurəddin Paşa oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 89 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0113 Noyabr 2014, 10:11
"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 10:11
"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 10:11
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə ətraflı...
11 Noyabr 2014, 09:11
M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...