2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 107 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsinə qeydə alınmış namizədlər Əzizov Eynulla Zülfüqar oğlu, Cahangirov Afər Nadir oğlu, Nəzərov İldırım Kamil oğlu və digərləri 1 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairənin əhatə etdiyi 1, 2, 3, 4, 5, 6, 37 və 38 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etməklə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan müvafiq Təlimatın 8.6-cı maddəsinə əsasən aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilməlidir. Ancaq 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş arayışdan və dairə seçki komissiyası qərarlarının surətlərindən görünür ki, həmin şəxslər tərəfindən eyni məzmunlu şikayətlə dairə seçki komissiyasına da müraciət edilmiş və dairə seçki komissiyası qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qeyd edilən müraciətləri araşdıraraq hər bir müraciət üzrə müvafiq qərar qəbul etmiş və qərarların surəti poçt vasitəsi ilə şikayətçilərə göndərilmişdir. Ona görə də hazırki müraciət üzrə dairə seçki komissiyasının müvafiq qərarları mövcud olduğundan müraciətin araşdırılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsinə qeydə alınmış namizədlər Əzizov Eynulla Zülfüqar oğlu, Cahangirov Afər Nadir oğlu, Nəzərov İldırım Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 107 saylı müraciətinin araşdırılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0129 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi haqqında ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə ətraflı...
29 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə ətraflı...
29 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 20 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
29 Avqust 2016, 09:08
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
26 Avqust 2016, 09:08
Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad- Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...