2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 107 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsinə qeydə alınmış namizədlər Əzizov Eynulla Zülfüqar oğlu, Cahangirov Afər Nadir oğlu, Nəzərov İldırım Kamil oğlu və digərləri 1 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairənin əhatə etdiyi 1, 2, 3, 4, 5, 6, 37 və 38 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etməklə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan müvafiq Təlimatın 8.6-cı maddəsinə əsasən aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilməlidir. Ancaq 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş arayışdan və dairə seçki komissiyası qərarlarının surətlərindən görünür ki, həmin şəxslər tərəfindən eyni məzmunlu şikayətlə dairə seçki komissiyasına da müraciət edilmiş və dairə seçki komissiyası qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qeyd edilən müraciətləri araşdıraraq hər bir müraciət üzrə müvafiq qərar qəbul etmiş və qərarların surəti poçt vasitəsi ilə şikayətçilərə göndərilmişdir. Ona görə də hazırki müraciət üzrə dairə seçki komissiyasının müvafiq qərarları mövcud olduğundan müraciətin araşdırılmasına xitam verilməlidir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsinə qeydə alınmış namizədlər Əzizov Eynulla Zülfüqar oğlu, Cahangirov Afər Nadir oğlu, Nəzərov İldırım Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 107 saylı müraciətinin araşdırılmasına xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:011 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...