2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 90 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək 18 saylı Nərimanov-Nizami və 20 saylı Nərimanov ikinci seçki dairələrinin Nərimanov bələdiyyəsini əhatə edən bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş və səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi nəticəsində müəyyən edilmişdir ki, müraciətdə iddia edilən hallar əsassızdır.
Belə ki, araşdırma zamanı 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 saylı, 20 saylı Nərimanov ikinci seçki dairəsinin 4, 13, 15, 18 və 24 saylı məntəqə seçki komissiyası üzvlərinin, Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə adları qeyd edilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, hər bir seçici ona yaradılmış əlverişli şəraitdən istifadə etməklə aktiv seçki hüququnu hər hansı təsir olmadan reallaşdırılmış, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif maraqları təmsil edən müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirmişdir.
Göstərilənlərdən əlavə olaraq, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 saylı məntəqə seçki komissiyasının üzvləri Ə.M.Məmmədov, S.F.Cabbarov, N.M.Mərdanov, Ə.S.Qurbanov, G.S.Əliyev, G.H.Bəbirov, A.H.Məmmədov, V.C.Talıbov, 20 saylı Nərimanov ikinci seçki dairəsinin 4, 13, 15, 18 və 24 saylı məntəqə seçki komissiyasının üzvləri A.T.Bağırova, R.B.Abışova, Ə.R.Məmmədov, M.Ə.Məmmədov, T.M.Əliyev, Q.M.Mürşüdov, G.M.Quliyev, A.M.Bağırova, A.T.Rzayev, M.M.Qocayeva, Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər A.M.Vəliyev, İ.K.Qarayeva, E.A.Abdullayev, həmin seçki məntəqələrində müşahidəçi olmuş S.H.İsayeva, D.M.Bayramova, S.S.Osmanov, A.M.Cəfərova, K.İ.Babayeva öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etməmiş, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.
Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılmış, bütün səsvermə prosesi canlı olaraq internet vasitəsilə izlənilmişdir.
Göstərilənlərə əsasən müraciətdə qeyd edilən iddialar əsassız hesab edilərək, şikayət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlunun 1 yanvar 2015-ci il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:013 Fevral 2017, 09:02
2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı ətraflı...
2 Fevral 2017, 09:02
“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
2 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
1 Fevral 2017, 10:02
“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
1 Fevral 2017, 10:02
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında ətraflı...
31 Yanvar 2017, 09:01
Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
31 Yanvar 2017, 09:01
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...