2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 95 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nəsirov Nəsib Əjdər oğlu və digərləri 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 45 və 46 saylı seçki məntəqələrində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Məlhəm bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nəsirov Nəsib Əjdər oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 95 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçilərə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 Yanvar 2015, 09:0117 Oktyabr 2018, 08:10
Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2018, 08:10
Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2018, 08:10
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2018, 08:10
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2018, 08:10
Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Oktyabr 2018, 08:10
Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...