2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 69 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmova Tünzalə Ələddin qızı Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin bələdiyyəyə keçirilmiş seçkilərin nəticələrinin ləğv olunmasını tələb etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Ərizəçi T.Ə.Məhərrəmova səsvermə günü seçki məntəqələrində kifayət qədər səs topladığını, lakin səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunda ona verilmiş səslərin azaldıldığını və bəziseçki məntəqələrində ciddi qanun pozuntularının baş verdiyini iddia etmişdir.
Araşdırma prosesində T.Ə.Məhərrəmova Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun təsdiq olunmuş surətini, özünün tərtib etdiyi bir ədəd aktı və imzaladığı bir ədəd kiçik qeydi Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş protokoldan məlum olur ki, T.Ə.Məhərrəmova həmin bələdiyyə üzrə seçilməli olan namizədlərdən daha az səs toplamışdır.
Araşdırma prosesində Nizami (Gəncə) bələdiyyəsini əhatə edən seçki dairələrinin sədrlərinin və katiblərinin, həmin seçki dairələrinə daxil olan bir sıra məntəqə seçki komissiyaları sədrlərinin və katiblərinin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından məlum olur ki, səsvermə günü 37 saylı Nizami birinci (Gəncə) və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində və həmin seçki dairələrinə daxil olan seçki məntəqələrində səsvermə, səsvermənin nəticələrinin hesablanılması Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş, dairə seçki komissiyası tərəfindən protokolların təsdiq olunmuş surətləri namizədlərə və onu almaq hüququ olan digər şəxslərə verilmişdir.
Bundan başqa, Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər M.M.Əhmədova, S.M.Kərimov, Q.F.Allahverdiyev və S.M. Aslanov, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə 7, 13, 18 saylı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş F.S.Muradova, S.Abdullayeva, R.D.Bayramova və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə 1, 2, 5, 13 və 21 saylı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş E.P.Kərimov, Q.Y.Qarayeva, S.Ə.Qasımova, S.Z.Süleymanov, V.Q.Həsənov, E.İ.Abbasov və digərləri izahatlarında bildirmişlər ki, həmin seçki məntəqələrində səsvermə üçün lazımi şərait yaradılmış, seçicilərə heç bir təzyiq olmamış, səsvermə prosesində heç bir qanun pozuntusu baş verməmiş, bülletenlərin sayılması və səslərin hesablanması aşkar qaydada aparılmışdır.
Aparılmış araşdırma zamanı 37 saylı Nizami birinci (Gəncə) və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələrində və həmin seçki dairələrinə daxil olan seçki məntəqələrində səsvermə, səslərin hesablanması zamanı, eləcə də həmin dairə seçki komissiyalarında yekun protokolların tərtib olunması zamanı hər hansı qanun pozuntusunun baş verməsi faktı aşkar edilmədi.
Beləliklə, tam, obyektiv və qərəzsiz araşdırma nəticəsində şikayətdə iddia edilən halları təsdiq edən hüquqi əsaslar müəyyən olunmadığı üçün şikayət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmova Tünzalə Ələddin qızının 27 dekabr 2014-cü il tarixli 69 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 Dekabr 2014, 09:1222 Sentyabr 2022, 13:09
Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Sentyabr 2022, 15:09
Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Sentyabr 2022, 15:09
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Sentyabr 2022, 15:09
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Sentyabr 2022, 15:09
Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Sentyabr 2022, 15:09
“Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Sentyabr 2022, 15:09
“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Sentyabr 2022, 15:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Sentyabr 2022, 15:09
Counz Robert Qərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Sentyabr 2022, 14:09
Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...